Karim Benzema kikboksinqə keçmək istəyir
Karim Benzema kikboksinqə keçmək istəyir

Madridin “Realı”-nın forvardı Karim Benzema ehtimal edir ki, futbol karyerası başa çatdıqdan sonra, döyüş üçün rinqə çıxacaq.

Bu barədə bəyanatı 32 yaşlı fransız futbolçu öz dostu olan kikboksçu Fuad Ezbiri ilə müsahibədə verdi.

“Döyüş səhnələrinə qarşı kəskin emosiyalarım var, idmanı çox sevirəm. Futbol karyeram başa çatdıqdan sonra altı ay ərzində sənlə bərabər idman edib, döyüşsəm olmaz mı? Əgər desən ki, döyüş üçün hazırsan, inan ki heç bir problem olmayacaq və həqiqətən hazır olacam” – dedi Read Madridin bombardiri.

Fransalı futbolçu öz kumiru olaraq, əfsanəvi boksçu Mayk Taysonu adlandırdı.

2019-20-ci illərdə Benzema “Real” ilə bərabər İspaniyanın çempionu oldu.