Kanat yolunun nasazlığına görə, İsveçrədə 400 nəfərin evakuasiyası həyata keçirildi
Kanat yolunun nasazlığına görə, İsveçrədə 400 nəfərin evakuasiyası həyata keçirildi.
Bu barədə məlumatı Reuters agentliyi yayıb.
İnsindent Pits Qloria dağında baş verdi.
Kanat yolunun çalışmasında yaranan problemlərə görə, 400 nəfər dəniz səviyyəsindən 3 min metr yüksəkliyində bloklaşdı.
Qeyd olunan dağ İsveçrənin tarixi yerlərindən biridir. Həmin dağda Ceims Bonds filminin bölümlərindən biri çəkilib.
Dağın başında qalan insanların evakuasiyası üçün dörd helikopter lazım oldu.
İnsindent nəticəsində zərər görən olmayıb.
Kanat yolunun operator şirkəti olan Schilthorn AG-ın bəyanatında deyilir ki, qondola texniki defektə görə, yaxşı çalışmadı.