Kanadanın xarici işlər nazirinin dəvəti ilə Maka Boçorişvili Ukrayna mövzusunda keçirilən konfransda iştirak edəcək
Gürcüstanın Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, Kanadanın xarici işlər nazirinin dəvəti ilə 28-29 sentyabr tarixlərində “Sülhə gedən yollar: Ukraynalı uşaqların, saxlanılan mülki şəxslərin və hərbi əsirlərin geri qaytarılması məsələsinə dair ikinci beynəlxalq konfrans” adlı tədbirdə iştirak edəcək.
Tədbir çərçivəsində xarici işlər nazirinin ikitərəfli görüşləri də planlaşdırılır.
Gürcüstanın Kanadadakı səfiri Salome Kurasbedianinin bildirdiyinə görə, Maka Boçorişvili konfrans iştirakçılarına müraciət edəcək, kanadalı həmkarla görüş keçiriləcək.
“Bu gün Torontoda, Kanadanın təşkilatçılığı ilə Ukrayna məsələsinə dair beynəlxalq konfrans keçirilir və tədbirdə müxtəlif ölkələrin xarici işlər nazirləri iştirak edirlər. Kanadanın xarici işlər nazirinin rəsmi dəvəti əsasında, konfransda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də iştirak edir. Konfrans çərçivəsində o, tədbir iştirakçılarına müraciət edəcək, həmçinin kanadalı həmkarı ilə görüşü keçiriləcək. Təbii ki, bu görüş iki ölkə arasında yüksək siyasi dialoq və münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ölkəmiz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və ölkəmizin belə bir ali səviyyədə iştirakı bu faktı növbəti dəfə təsdiqləyir”, – Kurasbediani bildirib.