Kanada Xarici İşlər naziri bəyan edir ki, Kanada Gürcüstanın ərazi bütövlüyünü vəcari islahat səylərini dəstəkləməyə davam etdirəcək
Kanada Xarici İşlər naziri bəyan edir ki, Kanada Gürcüstanın ərazi bütövlüyünü vəcari islahat səylərini dəstəkləməyə davam etdirəcək

Kanada Xarici İşlər naziri, Melani Coli Brüsseldə Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili ilə görüşü barəsində “tvitter” sosial şəbəkəsində yazır.

Melani Colinin məlumatına görə, görüşdə Rusiyanın Ukraynaya təcavüzü və onun Şərqi Avropa və Qafqaz bölgəsində nəticələri müzakirə olundu. Melani Coli Kanada adından Gürcüstanın ərazi bütövlüyü və islahatlar səylərini dəstəklədiyini bəyan etdi.

“Mən gürcü həmkarım, İliya Darçiaşvili ilə görüşdüm. Biz Rusiya rejiminin Ukraynaya qarşı əsassız təcavüzünü və onun Şərqi Avropa və Qafqaza təsirini müzakirə etdik. Kanada Gürcüstanın ərazi bütövlüyünü vəcari islahat səylərini dəstəkləməyə davam etdirəcək”, – Melani Coli yazır.