Kanada Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk zərfini qəbul etdi
Kanada Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk zərfini bəyan etdi. Kanada hökumətinin qərarı ilə, ölkənin vətəndaşlarına üzdəniraq Donetsk və Luqansk Xalq Respublikaları ilə istənilən işgüzar əlaqələr qadan edilir. Kanadalara həmçinin Rusiyanın suveren borc sövdələşmələrində iştirakı da qadağandır.
Bundan başqa, Kanada hökumət ilə əlaqədə olan iki rus bankına əlavə sanksiyalar tədbiq edəcək, hansıların da adı hələlik göstərilməyib və onlarla tranzaksiyanı qadağan edəcək.
Sanksiyalar həmçinin, separatçl bölgələrin tanınması qərarını dəstəkləyən rus deputatlarına aid olacaq.
“Sanksiyalar əhəmimiyyətli addımdır və Ukrayna suverenliyini və ərazi bütövlüyünü pozanlara qarşı yönəldilibdir və sanksiyalar Ukraynanın ərazi bütövlüyünün bərpasına qədər qüvvədə qalacaq”, – Kanadanın baş naziri, Castin Trudo bəyan etdi.
Paralel olaraq məlum olur ki, NATO-nun şərq flanqını gücləndirmək üçün Kanada Latviyaya əlavə 460 hərbi xidmətçi, həmçinin dəniz patrulluğu üçün freqatlar və təyyarələr göndərir. Ukrayna mediasının məlumatına görə, Kanada Ukraynaya təyyarə ilə hərbi yardım göndərdi.