Kanada İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edir
Kanada İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edir

 
Kanada İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edir. Bu haqda Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan bildirib.

“Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə qərar qəbul edib”- Leblan bildirib.

Bununla yanaşı, o, İran rejimini “terrorçuluğu dəstəkləməkdə” və “insan hüquqlarına mütəmadi olaraq məhəl qoymamaqda” ittiham edib.

Mayda Kanadanın Parlamenti yekdilliklə İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilat kimi tanınmasına səs verib.

Xatırladaq ki, 2020-ci ilin yanvarında Tehranda İran raketi ilə vurulan təyyarənin qəzaya uğraması nəticəsində 85 Kanada vətəndaşı həlak olub.

Qurbanların ailələri illərdir İslam İnqilabı Keşikçiləri Korpusunun Kanadada terrorçu təşkilatlar siyahısına salınmasını tələb edirlər.