Kanada "Airbus" şirkətinə rus titanından istifadə etməyə icazə verib
Kanada "Airbus" şirkətinə rus titanından istifadə etməyə icazə verib

Kanada sanksiyalara baxmayaraq, “Airbus” şirkətinə təyyarələrin istehsalında rus titanından istifadə etməyə icazə verib. Bu barədə “Reuters”agentliyi yazır.

“”Airbus” şirkəti Kanada Hökuməti tərəfindən tətbiq edilən sanksiyalardan xəbərdardır və “Airbus” əməliyyatlarının tətbiq edilən sanksiyalara uyğun olmasını təmin etmək üçün lazımi icazələri əldə edib”,- bu barədə “Airbus Canada” Reuters agentliyinə məlumat verib.

“Reuters”in yazdığı üzrə, şirkət nə icazə barədə agentliyə təfərrüatlı məlumat verməyib, nə də bu icazənin nə qədər qüvvədə olacağı barədə..

Kanada hökuməti məsələ ilə bağlı hələlik şərh verməyib.