Kambocidə hərbi bazada döyüş sursatlarının partlaması nəticəsində 20 əsgər həlak olub
Kambocidə hərbi bazada döyüş sursatlarının partlaması nəticəsində 20 əsgər həlak olub

Kambocidə hərbi bazada döyüş sursatlarının partlaması nəticəsində 20 əsgər həlak olub. Hadisə ölkənin cənubunda yerləşən əyalətdə baş verib. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Baş nazir Hun Manet hadisədən sarsıldığını bildirib və hökumətə ölən əsgərlərin ailələrinə, eləcə də yaralanan əsgərlərə təzminat ödəməyi tapşırıb.

Sosial şəbəkələrdə yayılan video görüntülərdə çoxsaylı partlayış səsləri eşidilir. Həmçinin videolardan birində zədələnmiş yük maşını və yaralı uşağa həkimlər tərəfindən yardım görünür.

Kamboci ordusunun bəyanatına əsasən, partlayış nəticəsində silahla dolu yük maşını, həmçinin baza ofisinin binası və kazarmalar  dağılıb. Yaxınlıqdakı 25-ə yaxın evə ziyan dəyib.