Kamala Harrisin komandası Donald Trampın imtinasından sonra növbəti debatı tələb edir

10:25, 13.09.2024

Donald Tramp Kamala Harrislə başqa debatda iştirak etməyəcəyini bəyan etdikdən sonra Harrisin komandası debat tələb edib. Bu barədə sosial şəbəkədə Kamala Harrisin seçki kampaniyası yazıb.

“Biz seçicilər üçün növbəti debat keçirməyə borcluyuq”, – bəyanatda deyilir.

Xatırladırıq ki, bu açıqlamadan bir neçə dəqiqə əvvəl Donald Tramp Kamala Harrislə başqa debata qatılmayacağını bildirmişdi.

Oxşar