Kamala Harris və Donald Tramp prezidentlik debatının sentyabrın 10-da ABC telekanalında keçirilməsi ilə bağlı razılığa gəliblər
Kamala Harris və Donald Tramp prezidentlik debatının sentyabrın 10-da ABC telekanalında keçirilməsi ilə bağlı razılığa gəliblər

Kamala Harris və Donald Tramp prezidentlik debatının sentyabrın 10-da ABC telekanalında keçirilməsi ilə bağlı razılığa gəliblər. Bu barədə “ABS” məlumat yayıb.

“Vitse-prezident Harris və keçmiş prezident Donald Tramp iştirak edəcəklərini təsdiqləyiblər”, – ABC xəbər verir.

Bundan əvvəl Donald Tramp bildirib ki, o, Kamala Harrislə üç dəfə debat keçirməyə razıdır: sentyabrın 4-də Fox News, 10-da NBC, 25-də isə ABC telekanalında.

Məlumat üçün bildirək ki, o vaxta qədər ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp “Fox News”un vitse-prezident Kəmalə Harrislə debat təklifinə razılaşsa da, Harris bu təklifdən imtina edib. Bundan əvvəl prezidentliyə namizədlər arasında debatın sentyabrın 10-da ABC telekanalında yayımlanması nəzərdə tutulmuşdu, lakin Co Bayden seçkilərdən namizədliyini geri götürdükdən sonra sözügedən debatın keçirilməsi məsələsi aydınlaşmayıb. Kamala Harris sentyabrın 10-da ABC telekanalında yenidən debata razı olduğunu bildirib.