Kamala Harris seçkilərdə qələbə qazanacağı təqdirdə, Tim Valtsı vitse-prezidentliyə namizəd kimi irəli sürüb
Kamala Harris seçkilərdə qələbə qazanacağı təqdirdə, Tim Valtsı vitse-prezidentliyə namizəd kimi irəli sürüb

 
Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris seçkilərdə qələbə qazanacağı təqdirdə Minnesotanın qubernatoru Tim Valtsı vitse-prezidentliyə namizəd kimi irəli sürüb. Məlumatı “CNN” yayır.

Valts ikinci müddətə Minnesotanın qubernatorudur və eyni zamanda Demokrat Qubernatorlar Assosiasiyasının rəhbəridir. Bundan əvvəl o, 12 il Konqresdə xidmət edib.

“CNN”in məlumatında, vitse-prezidentliyə namizəd kimi Valtsın komandanın favoriti olduğu deyilir.