Kamala Harris - Mən şadam ki, Tramp nəhayət debata razılaşdı, inşallah, gələcək
Kamala Harris - Mən şadam ki, Tramp nəhayət debata razılaşdı, inşallah, gələcək

Mən şadam ki, Tramp nəhayət debata razılaşdı. – Bu sözləri ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kəmalə Harris jurnalistlərə açıqlamasında deyib. Məlumatı “Reuters” yayıb.

“Yaxşı ki, o, sentyabrın 10-da debata razılaşdı, səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, Tramp gələcək”. – Harris Detroit ştatını tərk etməzdən əvvəl dedi və burada sakinlərlə görüş keçirdi.

“Reuters”in məlumatına görə, “bu, Harris və Tramp arasında sorğuların göstərdiyi kimi, kifayət qədər gərgin keçəcək ilk debat olacaq”.

Bundan əvvəl “ABC” telekanalı bəyanat yayıb və qeyd edib ki, Donald Tramp və Kamala Harris sentyabrın 10-da debat keçirməyə razılaşıblar.

Co Bayden və Donald Tramp arasında debat sentyabrın 10-da ABC telekanalında keçirilməli idi, lakin Bayden seçkilərdən namizədliyini geri götürdükdən sonra debatın keçirilməsi məsələsi aydınlaşmayıb.