Kamala Harris Qəzzada atəşkəs və girovların azad edilməsi haqqında razılaşmanın çoxdan əldə edilməli olduğunu bildirir
Kamala Harris Qəzzada atəşkəs və girovların azad edilməsi haqqında razılaşmanın çoxdan əldə edilməli olduğunu bildirir

 
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harris Qəzzada atəşkəs və girovların azad edilməsi haqqında razılaşmanın çoxdan əldə edilməli olduğunu bildirir.

“Girovları evlərinə qaytarmalı və Qəzzada iztirablara son qoymalıyıq” – Demokratlar Partiyasının prezidentliyə namizədi sosial şəbəkədə yazır.

Harris sözügedən bəyanatı Co Baydenlə birlikdə İsrail və “HƏMAS” arasında girovların azad edilməsi məsələsi ilə bağlı davam edən danışıqlarda iştirak edən administrasiyanın nümayəndələri ilə görüşdən sonra verib.

“Herş Qoldberq-Polinin və digər beş girovun qətli “HƏMAS” terrorçuları tərəfindən törədilən qəddar və vəhşi hərəkət idi. Prezident Baydenin dediyi kimi, “HƏMAS”ın liderləri bu cinayətlərə görə cavab verəcəklər” – Kamala Harris əlavə edib.

Məlumat üçün bildirək ki, keçən həftə İsrailin Müdafiə Qüvvələri Qəzza sektorunun cənubunda yerləşən Rafahda “HƏMAS”ın tunelində altı israilli girovun cəsədini tapıb.

İsrail-ABŞ vətəndaşı, 23 yaşlı Herş Qoldberq-Polin də girovlar arasındadır.