Kamala Harris deyir ki, o, Donald Trampla ikinci debat təşkil etməyə çalışır
ABŞ prezidentliyinə namizəd Kamala Harris ikinci debatın təşkili ilə bağlı Respublikaçı rəqibi Donald Trampla danışıqlar aparmağa çalışdığını bildirib. Harris bu barədə Atlantada çıxışı zamanı danışıb.
Kamala Harris qadınların abort hüquqları ilə bağlı əvvəlki debatda Trampın sözlərini xatırladıb və yerdən ikinci debatla bağlı sual verilib.
“Daha bir debat təşkil etməyə çalışıram, görəcəyik”. – sualına cavab olaraq Harris dedi.
Qeyd edək ki, ilk debatdan sonra Tramp Harrislə növbəti debat keçirməkdən imtina edib. O, ilk debatda qalib gəldiyini iddia edir. Sabiq prezident moderatorları da ona qarşı haqsızlıq etməkdə ittiham edir.
Medianın məlumatına görə, sentyabrın 10-da keçirilən ilk debatdan sonra keçirilən sorğuların əksəriyyəti Kamala Harrisin qalib gəldiyini göstərib.