Kaliforniyanın İontvil şəhərində girov götürülən üç veteran öldürüldü.
Veteranlara hücum edən silahlı şəxs də öldürülüb, ancaq onun suiqəst edib-etmədiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı məlumatı Associated Press yayır.
Veteranlar evinə silahlı hücum martın 9-da yerli vaxt ilə, səhər saatlarında baş verdi.
Silahlı şəxs veteranlar evinin binasına daxil oldu və bir neçə veteranı girov götürdü.
Polis səkkiz saat ərzində silahlı şəxlə danışıqlar aparmağa çalışırdı, ancaq polis onun nə tələb etdiyini anlaya bilmədi.
Hüquqmühafizəçilər bəyan edirlər ki, hücum edən şəxsin kimliyi müəyyən edildi, ancaq onun kim olduğu haqqında hələlik məlumat vermirlər.
Amerikan mətbuatının yazdığına görə, hücüm edən şəxs İraq və Əfqanistan müharibə veteranlarının reabilitasiya proqramının iştirakçısı idi. 36 yaşlı şəxs reabilitasiya mərkəzindən iki həftə öncə evə buraxılmışdı.
Öldürülən şəxslər Veteranlar Evinin əməkdaşları idilər.
İontvil Veteranlar Mərkəzi ABŞ-ın ən böyük mərkəzlərindən biridir. Orada 1100-ə qədər ikinci dünya müharibəsi və Vyetnam və İraq müharibələrinin veteranları yaşayırlar.