Kaliforniyada güclü yanğına görə, Gürcüstan Konsulluğu gürcüstan vətəndaşlarına müraciət edir
Kaliforniyada güclü yanğına görə, Gürcüstan Konsulluğu gürcüstan vətəndaşlarına müraciət edir

Nyu-Yorkdakı Gürcüstan Konsulluğu Kaliforniyadakı yanğınla əlaqədar bəyanat yayır.

Konsulluq Gürcüstan vətəndaşlarını, yerli hakimiyyət orqanlarının göstərişlərini yerinə yetirməyə və zəruri hallarda “Qırmızı Xaç” və ya Gürcüstan Konsulluğuna müraciət etməyə çağırır.

“Kaliforniya çtatında fövqəladə vəziyyət elan edildi. Yerli hakimiyyət dünəndən evakuasiya planlarını açıqlayır. Kaliforniyada yaşayan Gürcüstan vətəndaşlarının nəzərinə, yerli hakimiyyət orqanlarını xəbərdarlıqlarını yerinə yetirin. Lazım olduğu təqdirdə, sığınacaq haqqında məlumat almaq üçün “Red Cross”-un qaynar xəəti ilə əlaqə saxlayın – 866-272-2237 və ya Baş Konsulluğun “Facebook” səhifəsində bizə müraciət edin və ya 212-922-1722 nömrəmizə zəng edin.

Hazırkı vəziyyət və təhlükəsizliyə dair məsələlər haqqında məlumat almaq üçün veb səhifəyə daxil olun“, – Konsulluğun məlumatında deyilir.