Kala-Uşqulu hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə bərpa edilib
Kala-Uşqulu hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə bərpa edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, daxili dövlət
əhəmiyyətli Zuqdidi-Jvari-Mestia-Lasdili avtomobil yolunun 180 km-184 km (Kala-Uşquli) hissəsində avtomobillərin hərəkəti bərpa edilib.

Xatırladaq ki, sözügedən hissədə güclü daş tökülməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti birtərəfli qadağan edilmişdi.