Kaxetidə, şərab zavodlarında fırıldaqçılıq ittihamı ilə bir neçə şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin Müstəntiqlər İdarəsinin əməkdaşları, Kaxeti Vilayət Prokurorluğu ilə birlikdə həyata keçirilən istintaq və operativ tədbirlər nəticəsində, fırıldaqçılıq ittihamı ilə mütəşəkkil dəstənin üzvlərini , keçmişdə analoji cinayətə görə mühakimə olunan 4 nəfəri : 1978-ci il təvəllüdlü M.Ts., 1990 -cı il təvəllüdlü İ.A., 1960 -cı il təvəllüdlü N.B., 1974 -cü il təvəllüdlü Q.Ts., 1975 -ci il təvəllüdlü Z. Ts. və 1976 -cı il təvəllüdlü K.P. -ni saxlayıblar. Cinayət 7 ildən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“İstintaq müəyyən etdi ki, müqəssirlər Q.Ts və M.Ts. mütəşəkkil qruplaşma yaradıblar və digər müqəssirlər ilə birlikdə, Ğvareli Munisipalitetində yerləşən şərab zavodlarında, üzümün təhvili zamanı elektrik tərəzilərinə qarşı süni manipulyasiyalar edərək, nəticədə külli miqdarda məbləği qanunsuz şəkildə mənimsəyiblər.
Müqəssirlər sentyabr ayında, şərab zavodlarından birində mövcud yüksək tonajlı tərəziyə gizli şəkildə uzaqdan idarəolunan qurğu yerləşdiriblər və uzaqdan idarəolunan pultlar vasitəsi ilə özləri tərəfindən axtarılıb-tapılan, üzümlə dolu avtomobbillərin çəkisini süni şəkildə artırıblar.
Polis saxlanılan şəxslərin üzərinə baxış zamanı. eləcə də şərab zavoduna baxış zamanı , kustar üsulla hazırlanmış, çəkini artırmaq üçün lazımi avadanlıq, idarəetmə pultu, eləcə də cinayətkarlıq yolu ilə əldə olunmuş 4 630 larini dəlil olaraq götürüb.
Gürcüstan Cinayət Məcəlləsinin 180 -ci maddəsinin 4 -cü hissəsinin “a” və “b” bəndləri ilə fırıldaqçılıq yolu ilə külli miqdarda pulun mənimsənilməsi faktı ilə bağlı istintaq aparılır”, – deyə Daxili İşlər Nazirliyi bildirib.