Kaxetidə gürcü və ukraynalı uşaqlar üçün idman və idrak-əyləncə tədbirləri keçirildi
Gürcüstanın Təhsil və Elm Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə Kaxetidə gürcü və ukraynalı uşaqlar üçün idman və idrak-əyləncə tədbirləri keçirildi.
Təhsil Nazirliyindən verilən məlumata görə, üç gün davam edən səyyar tədbiri çərçivəsində ukraynalı uşaqlar gürcü həmyaşıdları ilə birlikdə, psixoloqların fəal iştirakı ilə hazırlanmış müxtəlif idrak-əyləncəli və idman fəaliyyətlərində iştirak etdilər.
İdardə bəyan edirlər ki, layihə “Beynəlxalq Təhsil Laboratoriyası” tərəfindən təşkil olunub. Layihənin məqsədi Ukraynada davam edən hərbi əməliyyatlardan zərər çəkmiş şagirdləri gürcü həmyaşıdları ilə inteqrasiya etmək və onların ətraf mühitə uyğunlaşmasını asanlaşdırmaqdır. Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qərarı ilə birinci sinifdən on birinci sinfə qədər Ukrayna dilində tədris prosesinin davam etdiyi Tbilisi və Batumidə ukraynadilli sektorlar yaradıldı. Ukraynalı şagirdlərin Ukrayna məktəblərində oxuduqları kimi eyni kurikulum və dərsliklərlə ümumi təhsil almaq imkanı var. Bundan əlavə, gürcü dili və ədəbiyyatı və “Bizim Gürcüstan” fənnini öyrənirlər.
Gürcüstan hökumətinin qərarına əsasən, Ukraynalı tələbələr Gürcüstan məktəblərinə sadələşdirilmiş qaydada daxil olurlar. Hazırda 1000-dən çox Ukraynalı şagird ölkənin müxtəlif dövlət və özəl məktəblərində təhsil alır. Bunlardan 400-dən çox tələbə təhsilini Ukrayna dilli sektorlarda davam etdirir.