Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları, həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Qurcaani munisipalitetində qətl faktını açdılar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, 1961-ci il təvəllüdlü Q.M. qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
“İstintaqla müəyyən edildi ki, cari ilin 26 yanvarda Qurcaani munisipalitetinin Kalauri kəndində, təqsirləndirilən şəxs ağızlaşma nəticəsində həmkəndlisi, 1985-ci il təvəllüdlü Q.Ç-nı ov tüfəngi ilə ölümcül yaraladı. Polis əşyayi dəlil olaraq cinayətin törədildiyi silahı – ov tüfəngini götürdü”, – DİN-də bəyan edirlər.
Qəsdən adam öldürmə faktı üzrə istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır.Cinayət yeddi ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.