Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində, əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü M.M.-nı yaxaladılar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, istintaqla müəyyən edildi ki, ittiham olunan, cari ilin yanvarın 29-da, Siğnaği rayonunun Cuqaani kəndində 1954-cü il təvəllüdlü qadına, elə onun evindəcə, qğızlaşma nəticəsində, xəsarətlər yetirdi. Nəticədə L.B. vəfat etdi.
“Hüquqmühafizəçilər, həyata keçirilən tədbirlər nəticəsində, M.M.-nı tezliklə yaxaladılar.
Faktla bağlı istintaq, Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Cinayət 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.