Kaxetidə "Dünya qaçışında" ən yaxşı nəticəni Nina Zarina və Aleksandr Çeburkin göstərdi (foto)
Kaxetidə "Dünya qaçışında" ən yaxşı nəticəni Nina Zarina və Aleksandr Çeburkin göstərdi (foto)

Wings for Life World Run 2018 – Kaxetidə, xeyriyyə marafonunda kişilər arasında ən yaxşı nəticəni rus, Aleksandr Çeburkin göstərdi. O, 74.69 qaçdı. Qadınlara gəldikdə, Kaxetidə keçirilən yarıçda birinci yeri Nina Zarina tutdu. O,  47.3 km məsafəni dəf edə bildi. Qadınlar arasında qeydə alınan göstərici ilə Gürcüstan dünyada 6-cı yerdədir.

Dünya idmanının tarixində ən miqyaslı xeyriyyə tədbiri, Wings for Life dünya qaçışı marafonu Kaxetidə, Lopota döngəsindən  saat 15:00-da start götürdü.

Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, bu il Kaxetidə qaçış üçün 7 000 iştirakçı qeydiyyatdan keçdi.

Dünya qaçışında Gürcüstanın Mədəniyyət və İdman naziri Mixeil Qiorqadze iştirak edirdi.

 

Wings for Life World Run 2018-in təşkilatçısı Mədəniyyət və İdman Nazirliyidir. Tədbir Gürcüstanın ilk demokratik respublikasının 100 illiyinə həsr olunur. Layihə “İdman hamı üçün” milli federasiyasının həmtəşkilatçılığı ilə həyata keçirilir.

Wings  for Life World Run-un media partnyoru Birinci Kanaldır. Bu gün səhərdən, marafona, dünya onurğa beyni zədələnmiş insanlara yardım üçün Birinci Kanalın komandası qatıldı.

Birinci Kanal marafona qoşulmuş bütün iştirakçıya “fotolive” vasitəsi ilə yürüşün nəticələrini ictimaiyyətə paylaşmağa imkan verdi.