Kaxetidə ailə üzvünün qəsdən qətlə yetirilməsi faktı üzrə bir nəfər saxlanılıb
Kaxetidə ailə üzvünün qəsdən qətlə yetirilməsi faktı üzrə bir nəfər saxlanılıb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünə qarşı ağırlaşdırıcı halda törədilmiş qəsdən adam öldürmə faktı üzrə 1942-ci il təvəllüdlü A.Ğ.-ni saxlayıblar.

“İstintaqla təqsirləndirilən kişinin məişət zəminində başlamış mübahisə zəminində Qurcaani Munisipalitetinin Chalaubani kəndində həyat yoldaşı, 1953-cü il təvəllüdlü N.Ğ.-ya ov tüfəngi ilə ölümcül xəsarət yetirdiyi müəyyən edilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlər”lə həbs ediblər. Polis sübut kimi cinayət silahını – ov tüfəngini götürüb”-deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 əlavə 109-cu maddəsi ilə aparılır. Cinayət 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.