Kaxaber Sabanadze Daxili İşlər naziri vəzifəsini tərk etdi. Bu barədə Sabanadze “feysbuk” sosial şəbəkəsində yazdı.
“Soz zamanlar mediada yayılmış süjetlərə əks səda vermək və qeyd etmək istəyirəm ki, illər ərzində dövlətə xidmət və qanunu müdafiə edirdim.
Düşünürəm ki, yuxarıda qeyd olunan faktlara araşdırma lazımdır. Müvafiq olaraq həqiqəti müəyyən edən dolğun və obyektiv istintaq keçirilməlidir. Qeyd olunanlardan irəli gələrək, istintaq prosesinə qarşı etimadın təmin edilməsi məqsədilə, vəzifəmi tərk edirəm! Düşünürəm, bu hamı üçün presedent olacaq ki, ictimaiyyətdə yaranan suallar halında məsuliyyətin yüksək standartları ilə hərəkət etsin.
İllər ərzində bərabər işlədiyim bütün layiqli polis işçilərinə minnətdarlığımı bildirmək istəyirəm. Sistemdə, üzərlərində ölkəmizin təhlükəsiliyi duran qəhrəmanlar işləyirlər. Vətənə xidmətlərində onlara uğurlar arzulamaq istəyirəm”, – Sabanadze yazır.
Kaxabar Sabanadze bu vəzifədə 2017-ci ildən işləyirdi.