Kaxaber Kemoklidze - Görüşdə iştirak edən bütün tərəflər razılaşdıq ki, vəziyyətin deeskalasiyasına doğru addımlar atılmalıdır
Görüş konstruktiv mühitdə keçirildi və bu irəli atılmış bir addımdır, – bu barədə bəyanatı Gürcüstanın Dövlət Təhlükəsizliyi aparatının rəhbəri Kaxa Kemoklidze Çorçana kəndinin yanında keçirilən görüşdən sonra verdi.
Kemoklidze qeyd etdi ki, görüşün bütün tərəfləri razılaşdı ki, vəziyyətin deeskalasiyasına doğru addımlar atılmalıdır.
“Bundan başqa, gələn həftə Erqnetidə yenə bir texniki görüş keçiriləcək. Fərqli mövqelərimizə baxmayaraq, görüşün məqsədi vəziyyətin deeskalasiyası idi.
Bu irəli atılan böyük addımdır və bundan sonra belə davam edəcəyik” – dedi Kaxa Kemoklidze.
Ultimatum dilinə gəlincə isə, Kemoklidzenin dediyinə görə, onun (digər tərəfdəki) həmkarları qeyd etdilər ki, məqsədləri ultimatum dili ilə danışmaq deyildi.