Kaxa Lobjanidze bəyan edir ki, "Milli Hərəkatın" Qori ofisinə hücum etdilər
Kaxa Lobjanidze bəyan edir ki, "Milli Hərəkatın" Qori ofisinə hücum etdilər

“Milli Hərəkatın” üzvü, Qori Sakrebulosunun deputatı, Kaxa Lobjanidze bəyan edir ki, “Milli Hərəkatın” Qori ofisinə hücum etdilər.

Lobjanidzenin bəyan etdiyinə görə, hadisə yerinə polis çağırılıb. Deputat qeyd edir ki, bənzər hadisə ilk dəfə baş vermir.

“Bu artıq bizim ofisimizə edilən səkkizinci və ya doqquzuncu vandal aktdır. Səhər gəldikdə pəncərələri sınmış gördük. Nə böyüklükdə daşın atılmasını görürsünüz. Polisi çağırdıq və onların iştirakı ilə qapını açdıq. Əvvəlki hadisə zamanı kamera yazılarını belə verdik, lakin cavab verən olmadı. Düşünürük bu, hakimiyyət tərəfindən idarə olunur və hakimiyyətin şifarişi ilə edilib. Bura bütün strukturlar qoşulub, o cümlədə silahlı qüvvələr, çünki bu işi araşdırmırlar”, – Lobjanidze bəyan etdi.