Kaxa Kuchava Ceyms  Appaturay ilə görüşdü
Kaxa Kuchava Ceyms  Appaturay ilə görüşdü

 

Gürcüstan parlamentinin sədri Kaxa Kuchava NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayla görüşdü.

Gürcüstan parlamentindən verilən məlumata görə, görüşdə Gürcüstanın avroatlantik inteqrasiyası prosesi müzakirə edildi. Ceyms Appaturayın sözlərinə görə , bu prosesdə ölkəmiz əhəmiyyətli irəliləyiş əldə edib. Onun sözlərinə əsasən, Gürcüstan mütləq NATO-ya üzv olacaq və Şimali Atlantika Alyansı son hədəfə çatma yolunda dəstək verməyə davam edir.

Görüşdə Gürcüstanın NATO missiyalarına verdiyi töhfə xüsusilə vurğulandı.

Söhbət ölkədə baş verən hadisələr, qarşıdan gələn seçkilər və Gürcüstan parlamentinin gələcək planlarından da düşüb.

Kaxa Kuçava, Ceyms Appaturaya Gürcüstan və NATO arasındakı münasibətlərin dərinləşməsindəki şəxsi töhfəsinə görə təşəkkür edərək, gələcək  fəaliyyətində uğurlar arzulayıb.