Kaxa Kuçavanın Brüsselə ilk rəsmi səfəri bu gün başlayır
Kaxa Kuçavanın Brüsselə ilk rəsmi səfəri bu gün başlayır

Gürcüstan parlamentinin sədri Kaxa Kuçavanın Brüsselə ilk rəsmi səfəri bu gün başlayır.

Səfər çərçivəsində, parlamentin sədri  Avroparlamentin prezidenti David Maria Sasoli ilə görüşəcək.

Kaxa Kuçava həmçinin, Avroparlament komitələrinin rəhbərləri və siyasi qrupların nümayəndələri ilə görüşəcək.

Həmçinin, Gürcüstan parlamentinin sədrinin qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə avrokomisar Oliver Varhei və NATO baş katibinin müavini Coana Mirçea ilə görüşü planlaşdırılıb.

Gürcüstan parlamentinin sədrinin Brüsselə səfəri mayın 20-nə qədər davam edəcək.