Kaxa Kuçava - Zaza Qaxeladze ailəsinə qayıtdı, işğal tezliklə sona yetəcək, işğal müvəqqətidir
Kaxa Kuçava - Zaza Qaxeladze ailəsinə qayıtdı, işğal tezliklə sona yetəcək, işğal müvəqqətidir

Gürcüstan Parlamentinin sədri, Kaxa Kuçava işğalçılar tərəfindən yaxalanan Zaza Qaxeladzenin azad edilməsinə ək səda verir.

“Bir ildən artıq qanunsuz həbsdən sonra Zaza Qaxeladze ailəsinə qayıtdı. Gürcüstanın strateji partnyorlarının ardıcıl dəstəyi ilə işğal tezliklə sona yetəcək, işğal müvəqqətidir”, – Kuçava tvitterdə yazır.

Zaza Qaxeladzeni bu gün azad etdilər.

Kaspi Bələdiyyəsinin Kvemo Çala kənd sakini Zaza Qaxeladze, 2020-ci il 11 iyul tarixində Sxvilo həbsxanasının yaxınlığında ayağından yaralandığı zaman işğalçı qüvvələr tərəfindən saxlanlmışdı.

De-fakto hökuməti, sərhədləri pozmaqla yanaşı, Zaza Qaxeladzeni hərbi qulluqçunu öldürməyə çalışmaqda da günahlandırıldı. Bu il 5 fevralda işğal altındakı Tsxinvali məhkəməsi Zaza Qaxeladzeni 12 il altı ay qanunsuz həbs cəzasına məhkum etdi.