Kaxa Kuçava - sessiya zalına soxulma və iclası pozmaq Avropa İttifaqı standartıdır? Avropa Parlamenti üzvləri ilə əlaqəm var idi və məəttəl qalmışdılar
Kaxa Kuçava - sessiya zalına soxulma və iclası pozmaq Avropa İttifaqı standartıdır? Avropa Parlamenti üzvləri ilə əlaqəm var idi və məəttəl qalmışdılar

Gürcüstan Parlamentinin sədri, Kaxa Kuçavanın bəyan etdiyinə görə, Parlamentin ictimaiyyətlə əlaqələr departamenti tərəfindən bütün media vasitələri ilə kommunikasiya var idi.

Kuçavanın dediyinə görə, onlara imkan verildi ki, buraxılış vəsiqəsinin verilməsini istədikləri insanların siyahısını təqdim edə idilər.

“Bu faktdır, bundan qaçına bilməzsən. İstənilən jurnalistə, qrupun üzvünə, kimə də tələb gəldisə, hamıya buraxılış icazəsi verildi. Qonaqlarla baölı icazınin verilməsi bu gün olmayacaq ki, eynisi təkrar olunsun, nə vaxt ki, siz, o cümlədən Parlamentin üzvləri 12 iyulda, öncəki növbədənkənar iclasda çalışdınız ki, iclas pozulsun. Buna icazə verə bilmərəm, bu gün nazirin dinlənilməsi mütləq baş verəcək və siz də bu iclasda iştirak edəcəksiniz.

Bir daha təkrar edirəm, heç bir jurnalistə məhdudiyyət olmayıb, media nümayəndələri hansı siyahını təqdim etsə, hamıya buraxılış icazəsi veriləcək. Sessiya zalına soxulma və iclası pozmaq Avropa İttifaqı standartıdır? Sizin Avropa Parlamenti üzvləri ilə əlaqəniz var idi? Mənim varım idi və iclasın pozulmasına aid olan hərəkətə məəttəl qalmışdılar. Haradasa, Avropa İttifaqının hansısa ölkəsində zala soxulmağı təsəvvür edirsinizmi? Tezliklə qanunlayihəni qeydiyyatdan keçiririk ki, istənilən formada bayrağın pozulması sərt şəkildə tənzimlənəcək”, – Kaxa Kuçava Xatiya Dekanoidzeyə cavab olaraq bəyan etdi.

“Milli Hərəkatın” üzvü, Xatiya Dekanoidze bəyan etdi ki, Parlamentə jurnalistləri buraxmırlar.

“Mən yeganə jurnalistlərin siyahısını tələb etdim, hanıs da göndərilmişdi, o cümlədən “Lelo” və biz tərəfdən. Jurnalistləri buraxmırlar. Parlamenti kazarmaya çevirdilər. Buna görə, mən parlamentin sədrindən tələb etdim ki, bizimlə dişarı çıxsın və jurnalistlərə baxsın, buraxılrlar ya yox, həmişə olduğu kimi, heç bir şey deyiləsi sözləri yox idi və buna görə iclası tezliklə başa çatdırdılar”, – Dekanoidze bəyan etdi.