Kaxa Kuçava Dövlət Audit Xidmətinin rəhbəri, İrakli Mekvabişvili ilə görüşdü
Kaxa Kuçava Dövlət Audit Xidmətinin rəhbəri, İrakli Mekvabişvili ilə görüşdü

Gürcüstan parlamentinin sədri, Kaxa Kuçava Dövlət Audit Xidmətinin rəhbəri, İrakli Mekvabişvili ilə görüşdü.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Audit Xidmətinin fəaliyyəti, funksiyaları və parlamentlə mövcud olan əlaqələr barəsində söhbət etdilər. Dövlət Audit Xidməti tərəfindən verilən rekomendasiyaların yerinə yetirilməsi hissəsuində parlament nəzarətinin daha da gücləndirilməsi əhəmiyyəti xüsusilə qeyd olundu.

“Maliyyə-büdcə Komitəsi nəzdində mövcud olan Dövlət Audit Xidmətinin daimi fəaliyyət göstərən audit qrupunun effektli işi xüsusilə qeyd olundu və qeyd edildi ki, bu baxımından başqa komitələrinin fəallaşması və qoşulması vacibdir.

Tərəflər İrakli Mekvabişvilinin rəhbərliyi dövründə Dövlət Audit Xidmətində həyayta keçirilən islahatlar barəsində söəhbət etdilər”, – Parlamentin mətbuat xidmətinin məlumatında deyilir.

Elə onların məlumatına görə, Kaxa Kuçava və İrakli Mekvabişvili gələcək ikitərəfli əməkdaşlıq istiqüamətləri və perspektivlərini müzakirə etdilər.