Kaxa Kuçava - Çalışdım, hamının sədri olum, ümid edirəm böyük ölçüdə bunu bacardım
Kaxa Kuçava - Çalışdım, hamının sədri olum, ümid edirəm böyük ölçüdə bunu bacardım

Mən hamının sədri olmağa çalışdım və ümid edirəm ki, bunu böyük ölçüdə bacardım”, – bu barədə Gürcüstan parlamentinin hazırkı sədri Kaxa Kuçava sosial şəbəkədə yazır.

“Gürcüstan parlamentinin sədri olmaq mənim üçün böyük şərəf idi. Bu dövr istər qanunvericilikdə, istərsə də ondan kənarda gedən proseslərlə kifayət qədər çətin idi. Bu müddət ərzində mən hamının sədri olmağa çalışmışam və ümid edirəm ki, bunu böyük ölçüdə bacarmışam. Mən həmişə hesab etmişəm ki, parlament ölkəmizin mənafeyi naminə birləşmənin başlamalı olduğu yerdir.

Hər bir işçiyə peşəkarlığına və xoş niyyətinə görə təşəkkür edirəm. Təbii ki, komandaya etimad və dəstəyə görə təşəkkür edirəm.

Dostum və həmkarım Şalva Papuaşvilini təbrik edir, ona uğurlar arzulayıram!”, – deyə Kaxa Kuçava yazıb.

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib. Qərar bu gün elan edilib.

Şalva Papuaşvili parlamentin sədri vəzifəsini tutacaq.