Kaxa Kuçava - borcumuzdur maksimumu edək, qaçqınları dəstəkləyək və həyatlarını asanlaşdıraq ki, öz evlərinə qayıda bilsinlər
Kaxa Kuçava - borcumuzdur maksimumu edək, qaçqınları dəstəkləyək və həyatlarını asanlaşdıraq ki, öz evlərinə qayıda bilsinlər

Beynəlxalq ictimaiyyətin yardımı önəmlidir ki, dəstəklənən sülh yolu ilə münaqişənin həll edilməsi barəsində seçdiyimiz kurs, daha da dəstəklənilsin və vətəndaşlarımiz öz evlərinə qayıda bilsinlər, – bu barədə Gürcüstan Parlamentinin sədri, Kaxa Kuçava Beynəlxalq Qaçqınlar Günü ilə bağlı tədbirdə bəyan etdi.

Kuçavanın qeyd etdiyinə görə, dünya Beynəlxalq Qaçqınlar Gününü qeyd edir.

“Çox önəmlidir ki, bu gün biz də qeyd olunur. Çünki təəssüflər olsun, Gürcüstanda işğal hələ də davam edir, məcburi köçkünlərimiz var. Borcumuzdur çalışaq maksimumu edək, qaçqınları dəstəkləyək və həyatlarını asanlaşdıraq ki, öz evlərinə qayıda bilsinlər”, – Kuçava bəyan etdi.

Elə onun dediyinə görə, Gürcüstan ərazilərinin 20 faizi işğal olunub və işğal yenə də davam edir.

“Məcburi köçkünlərimiz var, onları məcbur etdilər ki, öz evlərini tərk etsinlər və bu gün biz birlikdə çalışırıq ki, bu problemi həll edək. Beynəlxalq ictimaiyyətin yardımı önəmlidir ki, dəstəklənən sülh yolu ilə münaqişənin həll edilməsi barəsində seçdiyimiz kurs, daha da dəstəklənilsin və vətəndaşlarımiz öz evlərinə qayıda bilsinlər, bu çox önəmlidir”, – Kaxa Kuçava bəyan etdi.