Kaxa Kuçava Avroparlamentin prezidenti ilə görüşdü
Kaxa Kuçava Avroparlamentin prezidenti ilə görüşdü

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Avroparlamentin prezidenti David Maria Sasoli ilə görüşdü.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstanda baş verən proseslər, ölkənin avro-atlantik inteqrasiyası və mövcud olan çağırışlar müzakirə olundu.

Həmçinin, 2024-ci ildə, Gürcüstanın Avropa İttifaqının üzvlüyü üçün hazırlanan ərizə də müzakirə olundu.

“Söhbət 2012-ci ildə planlaşdırılan yerli özünüidarə etmə seçkilərinə və beynəlxalq müşahidəçilərin fəal qoşulmasına da toxundu. Avroparlamentin prezidentinin bəyanatına görə, seçkilərin keçirilməsindən sonra, qısa müddətdə o Gürcüstana gəlməyə hazırdır.

David Maria Sasoli Gürcüstanın avro-atlantik inteqrasiyasına kəskin dəstəyini bidirdi”, – deyilir məlumatda.