Kaxa Kemoklidze - Çorçona kəndinin yanındaki polis blok-postu öz yerində qalacaq
Çorçona kəndinin yanında yerləşən mərkəzi iqtidarın blok-postu ilə bağlı de-fakto iqtidarın tamamən fərqli mövqesi var, ancaq bu fikir ayrılığana baxmayaraq, konstruktiv əməkdaşlığın davam etməsində bir problem görmürəm, – bu barədə bəyanatı Gürcüstanın Dövlət Təhlükəsizliyi aparatının rəhbəri Kaxa Kemoklidze Çorçona kəndində keçirilən görüşdən sonra verdi.
Kemoklidze qeyd etdi ki, bugünki görüşdə blok-postun aradan qaldırılması ilə bağlı müzakirə aparılmayıb.
“De-fakto Sxinvalinin nümayəndələri bizə əhalinin blok-postla bağlı narahatçılığı haqqında bəhs etdilər. Biz isə, qeyd etdik ki, onların narahatçılığı bizim də narahatçılığımızdır, ancaq orada o blok-postun olması ölkənin təhlükəsizliyi üçün əhəmiyyətlidir və bunun zərurətini qarşı tərəfə izah etməyə çalışdıq” – dedi Kaxa Kemoklidze.