Kaxa Kemoklidze - Çorçana kəndinin keşik məntəqəsinin yanında vəziyyət stabildir [Foto]
Kaxa Kemoklidze - Çorçana kəndinin keşik məntəqəsinin yanında vəziyyət stabildir [Foto]

“Bu vaxt üçün vəziyyət stabildir, keşik məntəqəsində sakitçilikdir. Səhərdən silah səsi haqqında məlumat yayıldı, ancaq ehtimala görə, ovçuluq sezonu ilə bağlı tüfənq səsi ola bilərdi, – bu barədə bəyanatı Çorçana kəndinin keşik məntəqəsinin yanında olan Gürcüstan Təhlükəsizlik Şurası aparatının rəhbəri Kaxa Kemoklidze Gürcüstanın Birinci Kanalına verdi.

Onun dediyinə görə, məntəqənin yanına Daxili İşlər Nazirliyinin və Avropa İttifaqının müşahidəçi missiyasının nümayəndələri gediblər.

Kemoklidze ümid bildirdi ki, yaranan vəziyyət danışıqlar yolu ilə tənzimlənəcək.

“Məncə dünən de-fakto liderlər tərəfindən verilən qəribə bəyanatlar emosiyonal fonda verilib və ümid edirik ki, danışıqlar yolu ilə bu vəziyyəti tənzimləyə biləcəyik. Müəyyən əməkdaşlıq üçün hazırıq” – dedi Kemoklidze.

Onun dediyinə görə, Çorçana kəndindəki blok-post aradan qaldırılmayacaq.

“Gürcüstanın mərkəzi iqtidarı buradaki blok-postu onun ancaq yerli əhali üçün problem yaratdığı halda aradan qaldıracaq. Hazırda blok-postun əhaliyə heç bir zərəri yoxdur, əksinə əhalinin təhlükəsizliyi üçün lazımdır və blok-post olduğu yerdə qalacaq” – dedi Kemoklidze.

Xatırladaq ki, Sxinvali de-fakto iqtidarının nümayəndələrinin bəyanatlarına görə, blok-postun qaldırılması üçün verilən müddət avqustun 30-da saat 06:00-da başa çatıb.