Kaxa Kaladze - Şəhərin inkişafı üçün bizə biznesmenlərin yardımı lazım olacaq
Paytaxtın meri Kaxa Kaladze Gürcüstanın Biznes Asosiasiyalarına söz verdi ki, Meriya şəhərin inkişafı üçün həyata keçirilən layihələrdə onlara dəstək verəcək, ancaq, bu layihərə biznesmenlərin qoşulması zəruridir.
“Məlumdur ki, bugün vətəndaşlarımızı narahat edən ən böyük problem işsizlikdir. Biz əlimizdən gələni edəcəyik ki, şirkətlər vətəndaşlar üçün iş yerləri yarada bilsinlər. Müvafiq olaraq da, biznes şirkətlərin həyata keçirdikləri layihələr bu baxımdan çox önəmlidir.
Bununla yanaşı, sadəcə büdcə məbləğləri ilə, bütün gərəkən layihələrin həyata keçirilməsi qeyri-mümkündür və bu baxımdan da, biznesin yardımına ehtiyacımız var” – dedi Kaladze.
Kaladze həmçinin qeyd etdi ki, ölkədə bürokratiya problemi artıq olmayacaq.