Kaxa Kaladzenin koronavirusa yoluxması səbəbindən Tbilisi hökumətinin iclası bu həftə keçirilməyəcək
Kaxa Kaladzenin koronavirusa yoluxması səbəbindən Tbilisi hökumətinin iclası bu həftə keçirilməyəcək-bu barədə Tbilisi Meriyası məlumat yayır.
Verilmiş məlumatda Kaxa Kaladzenin distansional rejimdə işlədiyi və yaxın gələcəkdə iş yerinə qayıdacağı deyilir.
“Tbilisi meri Kaxa Kaladzenin Covid-19-a yoluxması təsdiqləndi, bu səbəbdən o, bir neçə günlüyünə özünü təcrid edib. Müvafiq olaraq bu həftə munisipalitet hökumətinin iclası keçirilməyəcək. Kaxa Kaladze distansional rejimdə işləyir və yaxın gələcəkdə iş yerinə qayıdacaq”- deyə meriyanın məlumatında qeyd olunub.