Kaxa Kaladze - Zaza Qaxeladze bizə qayıtdı, bir-birimizin qayğısına qalaq, ölkəni bütövləşdirməliyik
Kaxa Kaladze - Zaza Qaxeladze bizə qayıtdı, bir-birimizin qayğısına qalaq, ölkəni bütövləşdirməliyik

Zaza Qaxeladze bizə qayıtdı. Bir illik əziyyət, ailənin, bütün ölkənin həyəcanı, danışıqlar geridə qaldı, – bu barədə paytatın meri, Kaxa Kaladze işğalçılar tərəfindən yaxalanan Zaza Qaxeladzenin azad edilməs barəsində yazır.

“Zaza evinə qayıtdı. Acı qarışıq sevincdir. İnanmaq istəyirəm ki, bənzər həyacan keçirməli olmayacağıq. Bir-birimizin qayğısına qalaq, ölkəni bütövləşdirməliyik. İşğal müvəqqətidir, bizim abxaz və osetinlərlə dinc həmyaşamamız isə, qaçınılmaz və qanuna uyğunludur”, – Kaladze sosial şəbəkədə yazır.

Zaza Qaxeladzeni bu gün azad etdilər.

Kaspi Bələdiyyəsinin Kvemo Çala kənd sakini Zaza Qaxeladze, 2020-ci il 11 iyul tarixində Sxvilo həbsxanasının yaxınlığında ayağından yaralandığı zaman işğalçı qüvvələr tərəfindən saxlanlmışdı.

De-fakto hökuməti, sərhədləri pozmaqla yanaşı, Zaza Qaxeladzeni hərbi qulluqçunu öldürməyə çalışmaqda da günahlandırıldı. Bu il 5 fevralda işğal altındakı Tsxinvali məhkəməsi Zaza Qaxeladzeni 12 il altı ay qanunsuz həbs cəzasına məhkum etdi.