Kaxa Kaladze - Yoxsulluğu və ehtiyyacı yaxşı başa düşürəm, ancaq bu demək deyil ki, oğurluq, edib, zorla sahiblənməliyik
Kaxa Kaladze - Yoxsulluğu və ehtiyyacı yaxşı başa düşürəm, ancaq bu demək deyil ki, oğurluq, edib, zorla sahiblənməliyik

Mövcud olan sosiyal vəziyyəti yaxşı başa düşürəm, hamımız yoxsulluqdan keçmişik, ancaq, bu demək deyil ki, nəyisə oğurlayıb, zorla sahiblənməliyik. Belə bir yanaşmayı qəbul edə bilmərik, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze, – bugünki paytaxt hökümət iclasında verdi.

Kaladzenin dediyinə görə, dünən munisipal inspeksiya qeyri-qanuni inşaat obyektlərini qanun çərçivəsində demontaj etdi.

“Daha öncədən də bəhs etmişəm, təəssüf ki, şəhərin bir çox regionunda qeyri-qanuni inşaatlar həyata keçirilir. Tam məsuliyyətlə bəyan edirəm, dünən demontaj edilən heçbir inşaatda insanlar yaşamırdılar. Onlar həmin ərazilərin ətrafında yaşayırlar və biz kimsəyi zorla evindən çıxardmadıq. İnşaatların demontajına qədər onlara dəfələrlə tapşırıqlar verdik.

Büdcəmiz 2021-ci il üçün 350 milyon lari olacaq və 22 milyon lari ilə ona görə artır ki, müxtəlif layihələrlə, ehtiyyacı olan 500 min ailəyə yardım edə bilək” – dedi Kaxa Kaladze.

“Dünən bütün sosiyal şəbəkələrdə yayılan yoxsul ata-oğul rəsmi və yanındaki yalan məlumat, mənə qarşı hazırlanan məqsədyönlü təxribatdır. Biz onların evini yıxmamışıq, ancaq o ailəyə yeni mənzil hədiyyə etdik.

Mənə qarşı bu təxribatı hazırlayan bir qruplaşma var və onlara da gərəkən cavabı verəcəyik” – dedi Kaxa Kaladze.