Paytaxtın meri Kaxa Kaladze, Respublika meydanında, Tbilisi əhalisinə yeni, MAN markalı 10 metrlik munisipal avtobusları təqdim etdi.
Təqdimat zamanı avtobuslarıdan birinin sükan arxasına merin özü oturmuşdu.
Paytaxt merinin dediyinə görə, cari il Tbilisi avtoparkına 90 avtobus əlavə edildi.
Yeni avtobuslar 82 yolçu üçün nəzərdə tutulub. Oturacaq yerlərin sayı isə, 27-dir.
Avtobusun salonu məhdud fiziki imkanlı şəxslər üçün də nəzərdə tutulub və onlar üçün xüsusi pandusu da var.
Tbilisi merinin dediyinə görə, səkkiz ay ərzində, Tbilisiyə 220 yeni İSUZU markalı 8 metrlik və 52 nəfər üçün nəzərdə tutulan avtobuslar da əlavə ediləcək.