Kaxa Kaladze - Yeni il şəhərciyinin hazırlanması üçün gərəkən 700-800 lari yardıma ehtiyyacı olan ailələr üçün xərclənəcək
Kaxa Kaladze - Yeni il şəhərciyinin hazırlanması üçün gərəkən 700-800 lari yardıma ehtiyyacı olan ailələr üçün xərclənəcək

Mövcud olan epidemioloji vəziyyətdən irəli gələrək, qərar verdik ki, bu il yeni il şəhəri hazırlanmayacaq, – bu bəyanatı Tbilisinin meri Kaxa Kaladze bugünki hökümət iclasında verdi.

Kaxa Kaladze qeyd etdi ki, yeni il şəhərini hazırlanmasına hər il 700-800 min lari xərclənirdi və bu il bu məbləğ rezerv fondunda istifadə olunacaq.

“Qərar verdik ki, bu il yeni il şəhəri hazırlanmayacaq, çünki o faktiki olaraq, insan yığını mərkəzi olacaq. Oraya bir çox insan uşaqları və ailələri ilə birlikdə gedə bilərdi və epidemioloji vəziyyəti nəzarət etmək çox çətin olacaqdı.

Yeni il şəhərinin hazırlanması üçün gərəkən məbləğlə biz ehtiyyacı olan ailələrə yardım edəcəyik. Bu onları yeni il günlərində qida məhsulu ilə təmin etməyi nəzərdə tutur.

Növbəti gündlərdə yoxsul ailələrə qida məhsullarının paylanmasına başlayacağıq.

Bunların arasında yalnız yaşayan nənələr, babalar da var.

Yardıma ehtiyyacı olan ailələrin dəqiq siyahısı bizdə var və bu il maksimal olaraq, onlara yardım edəcəyik.

Bu pandemiya şəraitində heç bir tetrisi belə əksilməyən yeganə istiqamət səhiyyə sistemi və sosiyal yardımdır, çünki biz bilirik ki, saxlanılan məbləğlərlə ehtiyyacı olan ailələrə dəstək verilməlidir”, – dedi Kaxa Kaladze.