Kaxa Kaladze - Yeni il illyuminasiyaları məhdudiyyət saatlarında söndürülməyəcək
Kaxa Kaladze - Yeni il illyuminasiyaları məhdudiyyət saatlarında söndürülməyəcək

Bugündən etibarən, şəhərdə yeni il illyuminasiyaları söndürülməyəcək, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.

“Pandemiya ilə mübarizədə əsas silahımız insan sevgisi və istiliyi, insanlarda yüksək əhval-ruhiyyənin qorunmasıdır. Yeni ili qorxmuş şəkildə, qaranlıqda qarşılamamalıyıq.

Yeni il illyuminasiyalarının məhdudiyyət saatlarında söndürüləcəyini bildirdiyimdən sonra, bizə bir çox insan müraciət etdi və yeni il işıqlandırılmalarını söndürməməmizi xahiş etdi. Bu məsləyi müzakirə etdik və qərar verdik ki, yeni il illyuminasiyaları söndürülməyəcək.

Gecə işıqlarını mübarizənin birinci xəttində olan insanlar görəcəklər. Həkimlər, polis əməkdaşları, jurnalistlər və 24 saat işləyən digər insanlar görəcəklər. İş yerlərindən stresli qayıdarkən şəhərin işıqları onları biraz da olsa sevindirə bilər.

Hərkəsə can sağlığı arzulayıram. Bu vəziyyətdə ən çox ehtiyyacımız olan şey can sağlığıdır. Virusdan qoruyan ən əsas vasitə isə, tibbi maskadır”, – dedi Kaxa Kaladze.