Kaxa Kaladze - Yeni avropa tipli avtobusların gətirilməsi bu il başlayacaq
Kaxa Kaladze - Yeni avropa tipli avtobusların gətirilməsi bu il başlayacaq

“Təqdim etdiyimiz proqram təqribən 750 yeni avtobusların gətirilməsini nəzərdə tutur və bu proqramın həyata keçirilməsi bu gün başlayacaq” – bu barədə bəyanatı jurnalistlərə paytaxtın meri Kaxa Kaladze verdi.

Onun dediyinə görə, növbəti dörd il ərzində sarı avtobuslar tamamilə yenilərlə əvəz ediləcək.

“İctimai nəqliyyat baxımından problemlər möcuddur. Əsas problem odur ki, yetərli sayda avtobus yoxdu. Təqdim etdiyimiz proqram 750 yeni avtobusun gətirilməsini nəzərdə tutur. Sarı avtobuslar tamamilə yeni avtobuslarla əvəz ediləcək və avtobusların sayının artmasından sonra, vətəndaşlar duraqda uzun müddət gözləməli olmayacaqlar” – dedi Kaladze.