Kaxa Kaladze - Yaşıllıqların olması şəhər üçün önəmlidir və bu istiqamətdə addımlar atmalıyıq
Şəhərdə yaşıllıqların olması çox önəmlidir və bu baxımdan, şəhər ekologiyasının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze, hökümət iclasında, şəhərdə parkların və rekreasiya zonalarının reabilitasiyası haqqında söz edərkən verdi.
Onun dediyinə görə, bu prosesdə meriyaya əhalinin dəstəyi lazım olacaq.
Kaxa Kaladze müavini Maia Bitadzeyə tapşırıq verdi ki, Tbilisidə yerləşən böyük parkların reabilitasiya layihələri başladılsın.
Kaxa Kaladzenin dediyinə görə, şəhərə park mədəniyyəti geri qaytarılmalıdır və işdən sonra yorqun qayıdan insanlar üçün parklarda oturmaq komfortlu olmalıdır.