Kaxa Kaladze - Yaxşı olardı ki, ictimaiyyətin qeyri-hökumət təşkilatları və ya siyasi partiyaların hansı ölkələrdən maliyyələşdirdiyinə dair məlumatı olsun
Kaxa Kaladze - Yaxşı olardı ki, ictimaiyyətin qeyri-hökumət təşkilatları və ya siyasi partiyaların hansı ölkələrdən maliyyələşdirdiyinə dair məlumatı olsun

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, yaxşı olardı ki, qeyri-hökumət təşkilatlarının və ya siyasi partiyaların maliyyələşməsi şəffaf olsun və ictimaiyyət bu məlumatlara malik olsun.

O, bunu QHT-in maliyyə bəyannamələrini doldurması ilə bağlı sualı cavablandırarkən deyib.

“Edilməli olan ilk şey onların maliyyə şəffaflığıdır, bu təşkilatları kim maliyyələşdirir ?, bu vəsaitlər haradan gəlir ? Depolarizasiyadan danışarkən görürük ki, depolarizasiya təşviq edilmir, bunun əksi edilir, maraqlıdır, polarizasiya prosesində birbaşa iştirak edən təşkilatları kim maliyyələşdirir? Düşünürəm ki, bütün bunlar çətin olsa da, çox yaxşı olardı ki, ictimaiyyət onların maliyyəçiləri haqqında – istər partiya, istərsə də qeyri-hökumət təşkilatı haqqında məlumat sahibi olsun” – Kaxa Kaladze bildirib.