Kaxa Kaladze - Viola fon Kramon kimi insanların Gürcüstanın inkişafına, tərəqqisinə və Avropaya inteqrasiyasına istəyi yoxdur, onların öz konkret maraqları var
Kaxa Kaladze - Viola fon Kramon kimi insanların Gürcüstanın inkişafına, tərəqqisinə və Avropaya inteqrasiyasına istəyi yoxdur, onların öz konkret maraqları var

 

Xanım Viola kimi insanlar və tiplərin Gürcüstanın inkişafına, tərəqqisinə və Avropaya inteqrasiyasına istəyi yoxdur-bu barədə “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze açıqlayıb.

Kaxa Kaladze bu şərhlə avropalı parlamentari Viola fon Kramonun martın 7-9-da keçirilən etiraz aksiyaları ilə əlaqədar saxlanılan Lazare Qriqoriadisə dəstək aksiyasına getməsinə münasibət bildirib.

Kaxa Kaladzenin dediyi kimi, bu cür hərəkət dövlətə və gürcü xalqına hörmətsizlikdir.

“Bu, dövlətə və gürcü xalqına hörmətsizlikdir, hətta bu, şəxslərin bəyanatları və hərəkətləri ilə dəfələrlə təsdiqlənib. Bir tərəfdən bizi depolarizasiyaya çağırırlar, digər tərəfdən isə bu insanlar, bizim dırnaq arası dostlarımız, ölkəmizin dostları  qütbləşməni, marjinal, radikal qrupların maliyyələşməsini təşviq edirlər. Yumşaq şəkildə desək və dəyərləndirsək, bu, çox böyük hörmətsizlikdir. Düşünürəm ki, ölkəmizin əhalisi və gürcü xalqı indiki vəziyyəti, reallığı çox gözəl görür, bu ölkənin əsl dostu kimdir, ölkəmizin inkişaf etməsi, irəli getməsi, Avropaya inteqrasiyasının baş tutması kimin arzusundadır. Xanım Viola kimi insanlar və tiplərin Gürcüstanın inkişafına, tərəqqisinə və Avropaya inteqrasiyasına həqiqətən istəyi yoxdur. Bu insanların özlərinin konkret maraqları var”- deyə Kaxa Kaladze açıqlayıb.