Kaxa Kaladze - vətənimə, bütün dünyaya, dost Ukrayna xalqına sülh və əmin-amanlıq arzulayıram
Kaxa Kaladze - vətənimə, bütün dünyaya, dost Ukrayna xalqına sülh və əmin-amanlıq arzulayıram

 

Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında əhalini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, ölkəyə əmin-amanlıq arzulayıb.

“Hər kəsi qarşıdan gələn Yeni il və Milad bayramı münasibətilə təbrik edirəm. İlk növbədə, hər bir insan üçün ən qiymətli və ən vacib olan cansağlığı arzulayıram. Təbii ki, xalqıma, vətənimə sülh arzulamaq istəyirəm. Mən bu gün ən böyük problemlərlə üzləşən bütün ölkələrə, insanlara sülh arzulayıram. Mən bütün dünyaya, dost Ukrayna xalqına sülh və əmin-amanlıq arzulamaq istəyirəm”- deyə Kaxa Kaladze açıqlayıb.

Bundan əlavə, hökumətin iclasında Tbilisi meri munisipalitetin hər bir əməkdaşına gördüyü işlərə görə təşəkkür edib.