Kaxa Kaladze – Vətəndaşlara kömək etməli, maaş almaq və işlə təmin etmək üçün proqramlar təklif etməliyik

16:08, 22.11.2021

Vətəndaşlara kömək etməli, maaş almaq və işlə təmin etmək üçün proqramlar təklif etməliyik”, – deyə paytaxtın meri Kaxa Kaladze bildirib.

“Şəxsən mən belə bir faktla qarşılaşmışam, ixtisaslı kadr axtaran şirkətlər var, iş axtaranlar var. Biz iki problemlə üzləşirik. Biri – ixtisaslı kadrlar, digəri – iş tapa bilməyən insanlar. Biz 5 minə yaxın insanı heç bir vergi olmadan təlimdən keçiririk, bu çox yaxşıdır. Bu, vacib proqramdır, çünki biz biznes sektorunun hansı vəzifələr, ixtisaslar, peşəkarlıq axtardığını bilirik və bu istiqamətdə bu proqrama cəlb olunmaq istəyən konkret insanları hazırlayırıq. Ən əsası, təlim keçmiş insanların çox böyük bir hissəsi işlə təmin olunur. Tənbəlləşmədə dövlət günahkar ola bilər, çünki bir insana sosial yardım üçün pul ödəyirsən və eyni zamanda o, rəsmi olaraq bir yerdə işləməkdən qorxur, çünki o, sosial cəhətdən həssas statusundan məhrum ola bilər. Ona görə də biz bu insanlara proqramlar təklif etməliyik ki, onlara dəstək olaq, onlara kömək edək, maaş alsınlar, işlə təmin olunsunlar və heç bir problemləi olmasın”, – deyə Kaxa Kaladze bildirib.

Eyni zamanda, Kaxa Kaladzenin sözlərinə görə, o, onlayn kazinolarla bağlı təşəbbüsü alqışlayır və onlayn kazinoların çox böyük hissəsinin xariclə əlaqəsi olduğunu qeyd edib.

“Bu, ən böyük problemdir və bu istiqamətdə qəbul edilmiş və işlər görülən qərardır ki, ilk növbədə vergilər artırılmalıdır, mən bunu alqışlayıram. Gələcəkdə, əlbəttə ki, onlayn kazinoların ləğvindən də danışılacaq”, – deyə Kaxa Kaladze bildirib.

Xatırladaq ki, bu gün Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib ki, yeni proqram yaradılmalı və sosial yardım əvəzinə əmək qabiliyyətli vətəndaşlara iş təklif edilməlidir.

Oxşar