Kaxa Kaladze - Vandalizm Tbilisidə ən ağır problemlərdən biridir və hamımız birlikdə onunla mübarizə aparmalıyıq
Kaxa Kaladze - Vandalizm Tbilisidə ən ağır problemlərdən biridir və hamımız birlikdə onunla mübarizə aparmalıyıq

 

Bu yaxınlarda MİŞ-in ehtiyaclarına uyğunlaşdırılmış xüsusi avadanlıqla təchiz edilmiş 18 işıqfora ziyan vurulub-bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin iclasında açıqlayıb.

O, Tbilisidə bütün böyük infrastruktur layihələrinin inklüzivlik prinsipi əsasında həyata keçirildiyini və vətəndaşların ümumi mülkiyyətə qayğı göstərməyə borclu olduqlarını bildirib.

“Dediyim kimi, bütün böyük infrastruktur layihələri inklüzivlik prinsipi ilə həyata keçirilir və uyğunlaşdırılıb. İşıqforlarda akustik funksiyalarla təchiz edilmiş xüsusi qoruyucu düymə quraşdırılıb. Həmçinin, işıqforun müxtəlif fazaları səs siqnalı və vibrasiya ilə inteqrasiya olunub. Bu yaxınlarda 18 belə cihaza ziyan vurulub, bu da çox məyusedici və pisdir. Onlar görmə əngəlli və ya görmə zəifliyi olan şəxslərin hərəkəti üçün nəzərdə tutulub və hər birinin qiyməti 2500 lari təşkil edir. Şəhərdə olan bu cür faktlar və ümumiyyətlə vandalizm məyusedicidir. Belə heç nə alınmayacaq. Munisipalitet hər bir vətəndaşın tələbatını və təhlükəsizliyini nəzərə alaraq şəhərin qayğısına qalmağa borcludursa, hər bir sakin də ümumi əmlakın, şəhərin, infrastrukturun qayğısına qalmağa borcludur. Biz birlikdə müxtəlif layihələr yaradırıq və həyata keçiririk. Öz əlimizlə ona zərər vursaq, sındırsaq, şəhəri inkişaf etdirmək, abadlaşdırmaq bizim üçün çətin olacaq” – deyə Kaxa Kaladze açıqlayıb.

Tbilisi meri bildirib ki, vandalizm şəhərin inkişafına əngəl törədir və bu problemin öhdəsindən yalnız birgə səylə gəlmək olar.

“Həyata keçirdiyimiz layihələri, sonra özümüz sındırırıq. Ağır, vətəndaşlar arasında qıcıq yaradan belə faktlar çoxdur. Mən hamıdan, xüsusən də böyüklərdən xahiş edirəm ki, bacardıqca dəstək olaq və oxşar faktlara rast gəlsək, səbəbkarları əksər hallarda yetkinlik yaşına çatmayanlara bunu etməməyi başa salaq. Axı bu, bizim üçün, hamı üçün edilir” – deyə paytaxt meri bildirib.